Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı taksi sürücüsü Oleq Qazmanovun oğlunun pul qabını oğurlayıb qaçdı

Azərbaycanlı taksi sürücüsü Oleq Qazmanovun oğlunun pul qabını oğurlayıb qaçdı

Tanınmış rusiyalı müğənni Oleq Qazmanovun oğlunun pul qabı oğurlanıb. 20 yaşlı Filip Qazmanov pul qabını çağırdığı taksinin salonunda cibindən saldığını bildirir.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yanvarın 13-də baş verib. Məşhur valideynlərindən ayrı, lakin onlara yaxın “Serebryanıy bor”da yaşayan gənc yeni il tətilindən Moskvaya qayıdan zaman “Yandex-taksi” xidmətindən taksi sifariş verib. Sifarişlə bağlı qara rəngli “Kia Rio” avtomobili göndərilsə də, sonradan o, şəxsi avtomobildən istifadə etmək qərarına gəlib. Yaşadığı “Serebryanıy bor”dan aralanmamış taksini dayandırıb və öz avtomobilinə əyləşərək Moskvaya gedib. Elə həmin vaxt cibindəki dəri pul qabı cibindən düşüb. Portmanatda 4000 dollar, 400 avro, 500 rubl və sürücülük vəsiqəsinin olduğu bildirilir.

O taksi xidməti vasitəsilə sürücünün telefon nömrəsini tapıb. Sürücüyə zəng edərək pul qabını geri qaytarmasını istəyib. O, isə telefonunu söndürüb və yoxa çıxıb. Sürücünün kimliyi açıqlanmasa da, Azərbaycan vətəndaşı olduğu bildirilir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …