Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı reperin evindən 4,2 milyon oğurlanıb

Azərbaycanlı reperin evindən 4,2 milyon oğurlanıb

Rusiyada azərbaycanlı reper Bəxtiyar Əliyevin evi qarət edilib.

ONA-nın verdiyi məlumata görə, hadisə martın 9-da olub.

 “Bahh Tee” adı ilə tanınan reperin Moskvadakı evindən 4,2 milyon rubl oğurlanıb. Moskva polisi böyük həcmdə oğurluq maddəsi ilə cinayət işi açıb.

Qeyd edək ki, B. Əliyev Moskvada Daxili İşlər Universitetində ali təhsil aldığı dövrdə rep üslubunda mahnılar yazıb və oxuyub. Universiteti qırmızı diplomla bitirsə də, hüquq-mühafizə orqanlarında çalışmayıb. “Tee’şina” qrupu ilə səhnəyə çıxıb. B. Əliyev hazırda solo sənətçi kimi çıxış edir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …