Ana səhifə / Kriminal / Azərbaycanlı rəqqas faciəli şəkildə dünyasını dəyişdi – VİDEO

Azərbaycanlı rəqqas faciəli şəkildə dünyasını dəyişdi – VİDEO

Noyabrın 11-nə keçən gecə Masazırda baş vermiş dəhşətli yanğın zamanı vəfat edən 37 yaşlı Əlibəndə Əliyevin tanınmış rəqqas olduğu məlum olub.

Azinforum.az  Lent.az-a istinadən xəbər verir ki, Əlibəndə Əliyev Xəzər Universiteti Dünya məktəbində çalışırmış. Peşəkar rəqqas olan 37 yaşlı Əlibəndə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Xəzər Universitetinin Mahnı və Rəqs ansamblı, Azərbaycan Dövlət Uşaq Flarmoniyasında çalışıb. Rəqqas kimi 10-dan çox ölkədə Azərbaycan rəqs ansamblının tərkibində çıxış edib. O, Xəzər Universiteti Dünya məktəbində oğlanlardan ibarət rəqs ansamblının rəhbəri vəzifəsində fəaliyyət göstərirmiş.

Xatırladaq ki, Masazır qəsəbəsində ümumi sahəsi 65 m2 olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlibəndə Rasim oğlunun yanmış meyiti aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …