Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı qadını 4 minə əmisi oğluna satdı – Məsələyə türkiyə polisi QARIŞDI

Azərbaycanlı qadını 4 minə əmisi oğluna satdı – Məsələyə türkiyə polisi QARIŞDI

Türkiyənin Manisa vilayətinin Gördes rayonunda əmisi oğlunu ödəniş əsasında Azərbaycanlı qadınla evləndirən kişi saxlanılıb.
Unikal.org xəbər verir ki, Güneşlidə yaşayan 44 yaşlı A.R.T. əmisi oğlu K.G-ni Azərbaycanlı qadınla birgə yaşamaq məqsədi ilə tanış edib.
O, buna görə, əmisi oğlundan 4 min lira pul alıb.
Qadın 10 gün K.G ilə birlikdə yaşadıqdan sonra, məsələdən xəbərdar olan kimi Azərbaycana qayıdıb.
Bundan bərk əsəbləşən K.G əmisi oğlu A.R.T.-dən şikayət edib. O, Azərbaycanlı qadın onunla yaşamadığı üçün əmisi oğlundan pulunu geri tələb edib.
Manisa polis əməkdaşları tərəfindən saxlanılan A.R.T izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …