Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanıldı

Azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanıldı

Almaniyadan Türkiyəyə gedən azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanılıb.

“Report”un məlumatına görə, yerli məhkəmə Gülnarə Babayeva barəsində həbs qərarı çıxarıb.

O, 7 hadisə üzrə 32 min avro məbləğində dələduzluq etməkdə şübhəli bilinir.

Qadının yaşadığı evdə Azərbaycan pasportları da daxil olmaqla, ümumilikdə, 54 sənəd tapılıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …