Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı pul dəyişdirib “qabağa düşmək” istədi, beş ilədək “geriyə düşdü”

Azərbaycanlı pul dəyişdirib “qabağa düşmək” istədi, beş ilədək “geriyə düşdü”

Rusiyanın Bryansk şəhərində fırıldaqçılıqda şübhəli bilinən azərbaycanlı polis tərəfindən saxlanılıb.

Qadın bankomatdan 50 min rubl çıxardıqdan sonra bir kişi ona yaxınlaşıb.

Kişi özündə olan əskinasları mübadilə etmək istədiyini deyib.

Qadın isə pulu dəyişdirərkən 50 min rubl əvəzinə cəmi 27 min rubl aldığını bilib. Polis müşahidə kameraları sayəsində şübhəlinin izinə düşüb.

Rusiya Daxili İşlər Nazirliyinin Bryansk bölgəsi üzrə mətbuat xidmətinin məlumatına görə, şübhəli şəxs bu ilin avqust ayının ortalarında şəhərə gələrkən həbs olunub.

Onun 56 yaşlı azərbaycanlı olduğu məlum olub.

Faktla bağlı cinayət işi açılıb. Pul dəyişdirib “qabağa düşmək” istəyən şəxsi beş ilədək “geriyə düşmək”, yəni həbs cəzası gözləyir.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …