Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı Moskvada afrikalı qızlara hücum etdi

Azərbaycanlı Moskvada afrikalı qızlara hücum etdi

Moskvanın şimal-şərqində iki əcnəbiyə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bununla bağlı “Moskva” agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Saxlanılan şəxs Moskvada yataqxanada qalan 32 yaşlı azərbaycanlıdır.

Məlum olub ki, o, gecə saatlarında dostları ilə klubların birindən qayıdan 22 yaşlı və 37 yaşlı Qana vətəndaşlarına hücum edib. 37 yaşlı qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən azərbaycanlının cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …