Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı milyarderlərin bazarı yenə yanır

Azərbaycanlı milyarderlərin bazarı yenə yanır

Moskvada “Sadovod” topdansatış-parakəndə ticarət mərkəzi son bir həftə ərzində ikinci dəfə alovlara bürünüb. Virtualaz.org xəbər verir ki, əsasən azərbaycanlıların nəzarətində olan bazarda bu gün səhər saatlarından başlayan yanğın 300 kvadrat metrə qədər ərazini əhatə edib. İnsanlar evakuasiya olunur. Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə baş idarəsinin yaydığı məlumata görə yanğın bazarın “üçüncü xəttində” yerləşən pavilyonda başlayıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən maşınlar cəlb olunub.

“Sadovod” bazarı yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevə, habelə onların ortağı, prezidenti Putinin dostu kimi tanınan oliqarx İlham Rəhimova məxsusdur. Bazarın ümumi sahəsi 40 min kvadratmetrə yaxındır. Burada hər cür istehlak malları, o cümlədən pal-paltar satılır.

Ötən həftə bazarın zibil tullantıları yığılan sahəsində yanğın olmuşdu və heç kim zərər çəkməmişdi.

 

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …