Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı kriminal avtoritet saxlanıldı – FOTOLAR

Azərbaycanlı kriminal avtoritet saxlanıldı – FOTOLAR

Azərbaycanlı kriminal avtoritet Polad Ömərov Çexiyada saxlanılıb.

Azərbaycanlı mərhum “Qanuni oğru” Lotu Qulinin (Nadir Səlifov) klanına daxil olan Ömərov adam oğurluğu və qətldə ittiham olunur.

Praqada saxlanılan Polad Ömərov Ukrayna dövləti tərəfindən 2021-ci ilin dekabrında Nazir Əliyevin qətlini təşkil etdiyinə görə beynəlxalq axtarışa verilmişdi.

Qeyd edək ki, Polad Ömərov kriminal aləmdə Nadir Səlifovun qardaşı Namiq Səlifovun sağ əli kimi də tanınırdı.
Qafqazinfo 

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …