Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı iş adamına 3 il həbs cəzası verildi – mühafizəçilərinə də hökm oxundu

Azərbaycanlı iş adamına 3 il həbs cəzası verildi – mühafizəçilərinə də hökm oxundu

Bakıda mağaza işçiləri ilə mühafizə xidmətinin əməkdaşları arasında baş vermiş kütləvi davaya görə açılan cinayət işi üzrə məhkəmə iclası davam edib.

Musavat.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və “Riyad” Mühafizə Xidmətinin əməkdaşları hakim qarşısına çıxarılıb.

Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən iş adamı Azadxan Xanməmmədov 3 il azadlıqdan məhrum edilib.

Azadxan Xanməmmədov

Digər təqsirləndirilənlər E.İsgəndərov 4 il, S.Məhərrəmovla M.Qurbanovun hər biri 2 müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə digər şəxslərə isə 2 il islah işlərinə məhkum edib. Onların cəzası şərti hesab edilib və həbs edilməyiblər.

Hadisə bu il iyunun 8-də baş verib. “Riyad” Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında kütləvi dava baş verib. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb. Bunu əks etdirən videogörüntü də var. Hadisəyə səbəb bir müddət əvvəl sahibkar Azadxan Xanməmmədovun sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satması olub. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahibi isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumat bildirilir ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı 13 nəfər – Azadxan Xanməmmədov, Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayev saxlanılaraq istintaqa cəlb olunublar. Daha sonra A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanovun barəsində həbs-qətimkan tədbiri seçilib. Digər şəxslərin barəsində isə polisin nəzarəti altında qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb.

 

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …