Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı gənc qız asılmış vəziyyətdə

Azərbaycanlı gənc qız asılmış vəziyyətdə

Rusiya Federasiyasının İnquşetiya Respublikasının Nazran şəhərində mağazaların birində asılmış vəziyyətdə olan qız meyiti tapılıb.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, hadisə barədə ilk məlumat sosial şəbəkələrdə yayılıb.

Yerli sakinlər bildiriblər ki, asılmış vəziyyətdə tapılan qız onlarla tanış idi. Cəsədin üç gün asılı vəziyyətdə qaldığı qeyd edilib. Eyni zamanda, qızın mağazanın girişində müxtəlif əşyalar satdığı və azərbaycanlı olduğu barədə məlumatlar verilib.

Qızın ölümünün kriminal xarakter daşıyıb-daşımadığını isə kompetent orqanlar aydınlaşdıracaq.

İnquşetiya Daxili İşlər Nazirliyi isə baş verən hadisəni hələ də şərh etmir.

İnsidentin detalları dəqiqləşdirilir.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …