Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı fermerlər Rusiyadan cavab gözləyir

Azərbaycanlı fermerlər Rusiyadan cavab gözləyir

Rusiya ərazisində 20-22 ədəd yük dolu avtomobil bazarlara buraxılmayıb

Rusiya bazarlarına kənd təsərrüfatı malları aparan azərbaycanlı fermerlər Moskvadan gələcək ekspertizanın cavabını gözləyirlər və cavabın gecikməsi iş adamlarımızı narahat edir. Bu sözləri İstiPress-in şimal bürosuna Xaçmaz gömrük idarəsinin Samur gömrük keçid məntəqəsinin rəis müavini Cavid Nadirov deyib. Onun sözlərinə görə, Rusiya Federasiyasının ayrı-ayrı şəhərlərindəki bazarlara Azərbaycanın rayonlarından faraş pomidor aparan fermerlər Rusiya tərəfdə yenidən problemlə üzləşiblər.

Belə ki, Rusiyada Azərbaycandan gedən məhsulların mənşəyini ayırd etmək üçün həmin mallar Moskvanın Fitosanitar xidmətinə ekspertizaya göndərilib. İndi Rusiya ərazisində 20-22 ədəd yük dolu avtomobil bazarlara buraxılmayıb və sahibkarlar ekspertizanın cavabını gözləyirlər.

Cavid Nadirov Azərbaycandan kənd təsərrüfatı məhsullarının Rusiyaya maneəsiz keçdiyini söyləyərək indi yaranmış problemin də Azərbaycan Dövlət Gömrük Komitəsi rəhbərliyinin xüsusi nəzarətində olduğunu, həlli istiqamətində qonşu ölkənin aidiyyatı qurumları ilə müzakirələr, söhbətlər aparıldığını qeyd edib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın