Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı biznesmen və oğlu yol qəzasında öldü – FOTOLAR

Azərbaycanlı biznesmen və oğlu yol qəzasında öldü – FOTOLAR

Rusiyanın Saxalin vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 azərbaycanlı ölüb.

Həmin azərbaycanlıların şəxsiyyəti müəyyənləşib.

Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimovun APA-nın Rusiya bürosuna verdiyi məlumata görə, qəzada ölənlər Azərbaycan vətəndaşları, Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuş Lətif Həsənov və oğlu Elnur Həsənovdur.

C. Kərimov Lətif Mədət oğlu Həsənovun Nevelsk şəhərində bizneslə məşğul olduğunu söyləyib: “Lətif Həsənovun bir neçə ərzaq mağazası var. Bu dəhşətli hadisə də oğlu ilə Cənubi Saxalindən Nevelskdə yerləşən mağazalarına mal gətirərkən baş verib. Hazırda həmyerlilərimizin cəsədləri Cənubi Saxalindədir. Hava şəraiti pis olduğundan cəsədlərin Azərbaycana göndərilməsi yubanır”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …