Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Azərbaycanla Gürcüstan arasında elektrik enerjisinin idxal-ixracı dayandırılıb

Azərbaycanla Gürcüstan arasında elektrik enerjisinin idxal-ixracı dayandırılıb

Gürcüstan mayın 17-dən etibarən Rusiyaya elektrik enerjisi ixrac etməyə başlayıb. “Georgia Inform” portalı xəbər verir ki, bu barədə Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatorunun yaydığı məlumatda deyilir.

Bildirilir ki, həftə ərzində “Kavkasioni” elektrik enerjisi xətti ilə Rusiyaya sutkada 5 mln. kilovatt elektrik enerjisi ixrac olunub.

Qeyd edək ki, Gürcüstan Türkiyəyə sutkada 2,78 mln. kilovatt, Ermənistana isə 0,7 mln. kilovatt elektrik enerjisi satır.

Operator bildirir ki, mayın 10-dan etibarən Azərbaycanla Gürcüstan arasında elektrik enerjisinin idxal-ixracı dayandırılıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın