Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Azərbaycanın ixracı idxalından çox azaldı

Azərbaycanın ixracı idxalından çox azaldı

2016-cı ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi  17 milyard 675 milyon 727.26 min ABŞ dolları təşkil edib. “Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,  xarici ticarət əməliyyatlarının həcmi 2015-ci ilə nisbətən 19.46% azalmışdır.

İdxal əməliyyatları üzrə 8 milyard 532 milyon 447.51 min ABŞ dolları (2015-ci ilə nisbətən 7.42% azalmışdır), ixrac əməliyyatları üzrə  isə 9 milyard 143 milyon 279.75 min ABŞ dolları (2015-ci ilə nisbətən 28.17% azalmışdır) əməliyyat qeydə alınıb. Saldo isə müsbət 610 milyon 832.24 min dollar təşkil edib.

Dekabr ayında Azərbaycanın ixracı 828 milyon 371.62 min dollar, idxalı isə 809 milyon 377.35 min dollar təşkil edib. Saldo cəmi müsbət 18 min 994.28 min dollar olub.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın