Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Azərbaycanın daha bir ölkədə ticarət nümayəndəsi təyin olunub

Azərbaycanın daha bir ölkədə ticarət nümayəndəsi təyin olunub

Elnur Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi təyin edilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu, Azərbaycanın ticarət nümayəndəsi təyin olunduğu 3-cü xarici ölkədir.

Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsinin təyin olunması ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafinda, qeyri-neft ixracının genişləndirilməsində, “Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqində və Birləşmiş Ərəb Əmirlikləri investisiyalarının cəlb olunmasında önəmli olacaq.

Bu sahədə böyük təcrübəyə malik Elnur Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində və Böyük Britaniyanın Mançester Biznes Məktəbində maliyyə və kredit ixtisası üzrə təhsil alıb. E.Əliyev Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe, Azərbaycanın Avropa Komissiyası yanında Nümayəndəliyində 2-ci katib, İslam İnkişaf Bankı, Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyasında MDB ölkələri və İran üzrə regional menecer vəzifələrində işləyib. Bu təyinatdan əvvəl o, Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsinin rəis müavini olub. E.Əliyev ingilis, rus, fransız və ərəb dillərini sərbəst bilir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya Federasiyasında və Çin Xalq Respublikasında Azərbaycanın ticarət nümayəndəsi təyin edilib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın