Ana səhifə / Kriminal / Azərbaycanın 3 bankı fövqəladə iclas keçirib

Azərbaycanın 3 bankı fövqəladə iclas keçirib

Banklar pul «ovuna» çıxır

Ötənilki ağır devalvasiyadan bəri problemli kreditləri kəskin şəkildə artan kommersiya bankları indi də kapital çatışmazlığı ilə üzləşiblər. Ekspertlərin fikrincə, bəzi banklar sərmayəsini «əritdiyindən», elan olunmuş kapital, əslində, yoxdur.

Toplantılardan məqsəd…

Son bir neçə gündə 3 bank öz səhmdarlarını fövqəladə iclasa çağırıb. Məqsəd – nizamnamə kapitalını artırmaqdır. Kapital artımına gedənlər «KredoBank», «Unibank» və «DəmirBank» ASC-lərdir.

Kapital bazarları analitiki Cəfər İbrahimov AzadlıqRadiosu-na deyib ki, bank və sığorta şirkətlərinin sərmayə artımı məsələsinə baxmağın vaxtı çoxdan çatıb. Ekspert bu barədə fikirlərini dəfələrlə maliyyə qurumlarının diqqətinə yetirdiyini bildirir:

«Devalvasiyasonrası proseslər fonunda bir çox bank və sığorta şirkəti sərmayəsinin önəmli payını itirdiyindən, tələb olunan normativlərə cavab vermir. Problemin tək çözüm yolu kapitalın artirılmasıdır. Əks halda Maliyyə Bazarlarına Nəzarət Palatası onlara qarşı sərt qərarlar verə bilər».

«Çıxış yolunu əlavə səhm buraxılışında görürlər»

Bank sektoru mütəxəssisi Əkrəm Həsənov da eyni düşüncəni bölüşür. Onun sözlərinə görə, 2016-cı ildə bəzi bankların maliyyə durumu daha da gərginləşib. Bu üzdən, hesabatlılıqla bağlı bir çox tələb də pozulur. İl yarı olsa da, kapital çatışmazlığı yaşayan banklar rüblük hesabatlarını açıqlamır.

«Məsələ bundadır ki, banklar problemli kreditlər üzrə ehtiyatları artırmalıdır. Bu isə kapital hesabına baş verir. Bəzi bankların məcmu kapitalı devalvasiyanın «yemi» olduğu üçün bu addımı atmaqda çətinlik çəkir, buna görə də çıxış yolunu əlavə səhm buraxılışında görürlər».

Həm də əmanətçilərin hesabına

Ə. Həsənov AzadlıqRadiosu-na bildirib ki, onun təxmininə görə, kapital artımı həm mövcud səhmdarların, həm də bank əmanətçilərinin hesabına gerçəkləşəcək. «AGBank» ASC-də olduğu kimi. Bu ilin martında «AGBank»da 77.2 milyon manat həcmində kapital artımında əmanətçilər də iştirak etmişdilər. Elə bu səbəbdən səhmdarların strukturunda müəyyən dəyişiklik baş verdi.

Mütəxəssis kapital problemi yaşayan bankların gerçəkdə daha çox olduğunu, ancaq hərəkətə keçmədiyini deyir: «Bank VTB (Azərbaycan) ASC-nin durumu daha kritikdir. Güman edirəm ki, bankın Rusiya səhmdarı kapital artımına məmnuniyyətlə gedərdi. Amma digər səhmdar («AtaHolding» MMC) da bu fikirdədirmi? Əmin deyiləm».

Gözlənilən kapital artımı…

İqtisadçı Əfsun Ələkbər də gözlənilən kapital artımını bankların mövcud çağırışlara adekvat reaksiyası sayır və bunun onların maliyyə dayanıqlığına müsbət təsir göstərə biləcəyini düşünür.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın