Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Azərbaycanın 10 rayonunda pambıq tədarüküməntəqələri tikiləcək

Azərbaycanın 10 rayonunda pambıq tədarüküməntəqələri tikiləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Ağcabədi, Ağsu, Biləsuvar, Füzuli, Kürdəmir, Sabirabad, Neftçala, İmişli, Salyan və Yevlax rayonlarında pambıq tədarükü məntəqələrinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üzrə iş və xidmətlərin satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 7-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 15-nə qədər “Aqrolizinq”in Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Ruslan Hüseynovdur. Telefon: (012) 452 66 94, (051) 255 92 42, E-poçt: [email protected]

Təkliflərə sentyabrın 18-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın