Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Azərbaycandakı maliyyə pozuntuları haqda – Rəsmi açıqlama

Azərbaycandakı maliyyə pozuntuları haqda – Rəsmi açıqlama

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2015-ci ildə Xidmətin iş planına uyğun olaraq aparılan yoxlamalarla bağlı açıqlama yayılıb.

“Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, yoxlamalar respublikanın 2 rayonunda rayon icra hakimiyyətləri başçılarının aparatlarının saxlanılmasına, rayonların abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, mənzil kommunal təsərrüfatı qurumlarına, Təhsil Nazirliyinin 14, Səhiyyə Nazirliyinin 4, Gənclər və İdman Nazirliyinin 1, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 müəssisəsinə, Dövlət Miqrasiya Xidmətinin və Vergilər Nazirliyi yanında 2 departamentin aparatlarının saxlanılmasına, Milli Elmlər Akademiyasının 2 elmi-tədqiqat institutuna, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci Layihə”nin 2011-2014-cü illərdə icrası vəziyyəti, dövlət büdcəsinin Ağstafa, Ağcabədi və Ağdaş rayonları üzrə yerli gəlir və xərclərinin tərtibi və icrasına dair həmin rayonlar üzrə maliyyə idarələrinin işləri, habelə Bakı şəhərinin Nərimanov rayonunda təmir-tikinti işlərinin aparılmasına dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

Azərbaycanın Türkiyədə və Avstraliya İttifaqındakı səfirliklərinin, Gürcüstanın Batumi şəhərində Baş Konsulluğunun maliyyə-təsərrüfat fəaliyyətləri təftiş edilib. 2015-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindənaparılan yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunmuş 7949,47 min manat vəsaitin 7165,14 min manatının təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib.

Təhsil Nazirliyinin Azərbaycan Texnologiya Universitetində 1502,79 min manat məbləğində mənimsəmə hallarına dair yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib. Faktiki olaraq fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb. Qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 176 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 166 qrup, normadan artıq saxlanılmış 259,25 ştat vahidi ləğv edilmiş, 376 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılmış, orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri artırılmış 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki vəziyyətə qaytarılmış, yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 297 nəfər azaldılmış, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayandigər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən 2015-ci ildə müvafiq rayonların (şəhərlərin) ərazilərində yerləşən büdcə təşkilatlarında aparılan nəzarət tədbirləri ilə aşkar olunmuş 2392,2 min manat məbləğində artıq və əsassız ödənişlərin 1669,56 min manatı təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 132,90 min manat, Samux Rayon İcra Hakimiyyətinın Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 130,74 min manat, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasında 233,91 min manat, Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında 156,81 min manat,cəmi 654,36 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Xidmətin mütəxəssisləri tərəfindən Baş Prokurorluğunun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən 29 təşkilatda həmin məktub və qərarlarda qeyd olunan suallar yoxlanılmış və cəmi 625,24 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib. 2015-ci ildə aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilmiş, İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 931 vəzifəli şəxsə 576 min manat məbləğində cərimələr tətbiq edilmiş və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilmiş, Ağstafa və Ağcabədi rayonları üzrə maliyyə idarələrinin rəisləri işlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifələrindən kənarlaşdırılıblar.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın