Ana səhifə / Kriminal / Azərbaycanda yükdaşıma illik 35% bahalaşıb

Azərbaycanda yükdaşıma illik 35% bahalaşıb

Azə\rbaycanda ötən ildə 2015-ci ilə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,5% artıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin dekabr ayında noyabr ayına nisbətən yükdaşıma qiymətləri 2,6%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,6 və 3,6%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 3,6%, dəniz nəqliyyatında 3,7%, avtomobil nəqliyyatında 1,3% artıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın