Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Azərbaycanda yeniyetmə məhkumların sayı açıqlandı

Azərbaycanda yeniyetmə məhkumların sayı açıqlandı

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Tərbiyə müəssisəsində hazırda 30 yetkinlik yaşına çatmayan şəxs islah olunur.

Bu fikirləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova deyib. Onun sözlərinə görə, hazırda müəssisədə islah olan yeniyetmələrin yaşı 14-18 aralığındadır:

“Yeniyetmələrin törətdiyi cinayətlər müxtəlifdir. Narkomaniya, oğurluq, dələduzluq, xuliqanlıq, sağlamlığa qəsdən zərər vurma, qəsdən adam öldürmə kimi cinayətlərdən cəza çəkənlər var. Hazırda burada cəza çəkən yeniyetmələrdən cəzası ən çox olanı 10 ildir. Həmin məhkum söyüş üstündə adam öldürdüyünə görə məhkum olunub. 18 yaşa qədər cəza müddəti bitənlər buradan azadlığa çıxır, kimlərinsə cəza müddəti qalırsa da, onlar böyüklər üçün cəzaçəkmə müəssisəslərinə göndərilirlər”.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …