Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Azərbaycanda yeni zavod tikilir

Azərbaycanda yeni zavod tikilir

Sumqayıt Kimya Sənaye Parkında sənaye parkının rezidenti olan “AzerFloat” QSC və Almaniyanın “HORN Glass Industries AG” şirkəti arasında saziş imzalanıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, sənədə əsasən, şüşə əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan Almaniyanın “HORN Glass Industries AG” şirkəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılacaq şüşə lövhələri istehsalı müəssisəsinin layihələndirilməsini həyata keçirəcək, müəssisəni müasir avadanlıqlar və texnologiyalarla təchiz edəcək.

“AzerFloat” QSC şirkəti Sumqayıt Kimya Sənaye Parkında “Float” texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələr istehsalını təşkil edəcək. Layihə çərçivəsində ildə 8 mln kv.m müxtəlif çeşiddə şüşə lövhələr istehsal etmək gücündə olan Vərəqə Şüşə İstehsalı Zavodu inşa ediləcək, 150 nəfər işlə təmin olunacaq.

Ümumi investisiya dəyəri 89 mln. avro təşkil edən layihənin 2018-ci ilin sonuna istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat əsasən idxal məhsulları hesabına təmin olunur. “AzerFloat” QSC-nin istehsal edəcəyi məhsullar daxili tələbatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın