Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Azərbaycanda yeni qızıl fabriki açıldı

Azərbaycanda yeni qızıl fabriki açıldı

“Anglo-Asian Mining plc” (ААМ) şirkəti Azərbaycanda mis və qiymətli metallar istehsalı üzrə yeni flotasiya fabrikini işə salıb.

“Trend”in şirkətə istinadən verdiyi məlumata görə, bunu AAM-ın baş direktoru Rza Vəziri deyib.

Onun sözlərinə görə, fabrikin buraxılış qabiliyyəti saatda 90 ton təşkil edir: “Hazırda metalların bərpası prosesini istehsal edilən konsentratın keyfiyyətini optimallaşdırırıq”

AAM bu il fabrikdə 5 min unsiya qızıl və 1,2 min ton mis hasil etməyi planlaşdırır. Fabrik qızıl və mis hasilatının həcmini artırmağa imkan verəcək.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın