Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanda yeni gəlir mənbəyi meydana çıxıb

Azərbaycanda yeni gəlir mənbəyi meydana çıxıb

Əksər insanlar bu məxluqun adı çəkiləndə belə, iyrənirlər, onu görmək və ya toxunmaq isə ümumiyyətlə dözülməzdir. Söhbət ilbizdən gedir…

Ancaq ilbizdən müalicəvi məqsədlər üçün istifadə edənlər də az deyil. Hətta Avropanın bir çox yerlərində və bəzi Şərq ölkələrində ilbiz bəh-bəhlə yeyilir.

Tələbat o qədər çoxdur ki, həmin ölkələrin yerli istehsalı bu tələbin cəmi 30%-ni qarşılaya bilir. Tələbatı ödəmək üçün Azərbaycan da ilbiz ixracına başlayacaq. Artıq yerli şirkətlərdən biri bu işə başlayıb, istehsal üçün texniki avadanlıqlar da alınıb. Vətəndaşlar da təbiətdən ilbizləri toplayaraq müəssisəyə təhvil verirlər. Əl vurmaq istəmədiyimiz bu canlı, artıq bir çox ailələrin gəlir mənbəyinə çevrilib.

Sputnik Azərbaycan-ın əməkdaşı Şamaxı rayonunda yerləşən ilbizlərin yığım məntəqəsində olub. Şamaxının və ətraf rayonların sakinləri təbiətdən topladıqları ilbizləri briqadirlərə, briqadirlər də məntəqəyə təhvil verirlər. Vətəndaşlara hər bir kiloqram ilbizə görə 50 qəpik ödənilir.

Yerli sakinlər, ilbizləri yığıb məntəqəyə təhvil verməklə, həm gəlir əldə edir, həm də əkin sahələrini ziyanvericilərdən təmizləmiş olurlar. Bu ilin mart ayından bəri yığım məntəqəsinə 180 tondan artıq ilbiz təhvil verilib. Yağış mövsümü sona çatanadək, ümumilikdə 300 ton məhsulun yığılacağı gözlənilir.

Lakin məntəqənin ilbiz qəbul edərkən, diqqət etməli olduğu məqamlar da var. Məsələn, emal prosesi nəticəsində malın çəkisinin 25%-i azaldığı üçün, bu itki hesablanmalıdır. Yəni, qəbul edilən 300 ton ilbizdən, təxminən 200-230 ton mal qalacağı proqnozlaşdırılır.

Proteini yüksək, xolestrolu az olan, insana yüksək enerji verən ilbizin bir kiloqramının qiyməti 2-6 avro arasında dəyişir. Azərbaycanda emal olunan məhsul avqustdan xarici bazara çıxarılacaq.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın