Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Azərbaycanda toyda oynamaq üstündə qanlı dava: 2 nəfər ölüb – Video

Azərbaycanda toyda oynamaq üstündə qanlı dava: 2 nəfər ölüb – Video

Ötən gecə Saatlının Bəylər kəndində qətl hadisəsi baş verib.

Xəzərxəbər bildirir ki, kənddə keçirilən toy mərasimində musiqi sifarişi üstündə mübahisə yaranıb. 

Toydan çıxan kənd sakini, 36 yaşlı Fürsət Məhərrəmov başqa iki nəfərlə birlikdə minik avtomobili ilə qonşusugilə gəlib. 

Bu zaman evdən bayıra çıxan qonşusu Mübariz Həsənovu darvazanın yanında ov tüfəngindən 2 dəfə atəş açmaqla qətlə yetirib. 

Sonra isə yaşadığı evə gedərək özünü də boğazından güllələyərək öldürüb. 

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …