Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanda sağlamlıq imkanları məhdud olan qızı zorlayan 62 yaşlı kişi SAXLANILDI

Azərbaycanda sağlamlıq imkanları məhdud olan qızı zorlayan 62 yaşlı kişi SAXLANILDI

Gəncə şəhərində sağlamlıq imkanları məhdud qızı hamilə buraxmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qurumdan bildirilib ki, yaşadığı evdə R.A-nın cinsi zorakılığa məruz qalması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə 1960-cı il təvəllüdlü Ə.A şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, ötən gün Gəncə şəhərində 17 yaşlı sağlamlıq imkanları məhdud olan qızın qonşusu 62 yaşlı kişi tərəfindən zorlanaraq hamilə qalması və övladını dünyaya gətirmək istəməməsi barədə məlumat paylaşmışdıq.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …