Ana səhifə / Kriminal / Azərbaycanda qayın gəlini kəndirlə boğdu – 2 aylıq körpəsi var

Azərbaycanda qayın gəlini kəndirlə boğdu – 2 aylıq körpəsi var

Ağsuda iki aylıq körpə anası qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə səhər saatlarında, rayonun Qiyaslı kəndində baş verib. İlkin məlumatlara görə, Qiyaslı kənd sakini Nəriman Zahidov  qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb.

Yoldaşı hərbçi olan gənc ananın iki aylıq körpəsi var. Hadisənin hansı şəraitdə baş verməsi və səbəbləri Ağsu rayon Prokurorluğu tərəfindən araşdırmalardan sonra bəlli olacaq.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …