Ana səhifə / Kriminal / Azərbaycanda orta məktəb şagirdi güllələnərək öldürüldü

Azərbaycanda orta məktəb şagirdi güllələnərək öldürüldü

Mingəçevirdə orta məktəb şagirdi güllələnib.

Hadisə şəhərin “Energetiklər” yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı “Yeni həyat” qəsəbəsində qeydə alınıb.

Məlumatda bildirilir ki, qəsəbənin park ərazisində iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib.

Belə ki, qəsəbə sakini əvvəllər məhkum olunmuş təxminən 40 yaşlarında olan Əlvan adlı şəxs odlu silahdan qəsəbənin digər sakini orta məktəb şagirdi K.O.-ya atış açıb.

O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Unikal.org

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …