Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Azərbaycanda orta aylıq əmək haqqı açıqlandı

Azərbaycanda orta aylıq əmək haqqı açıqlandı

2016-cı il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1488,3 min nəfər olub, onlardan 874,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 613,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 22,8 faizi təhsil, 19,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 11,9 faizi sənaye, 9,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,1 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi informasiya və rabitə, 18,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2016-cı ilin yanvarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 480,1 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın