Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Azərbaycanda orta aylıq əmək haqqı 7% artıb

Azərbaycanda orta aylıq əmək haqqı 7% artıb

Azərbaycan iqtisadiyyatında bu ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8% artaraq 488,1 manat olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Bu ilin iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 521,1 min nəfər olub, onlardan 889,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 631,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 22,2%-i təhsil, 18,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,8%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 10,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın