Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Azərbaycanda ömürlük məhbusların sayı – Açıqlandı

Azərbaycanda ömürlük məhbusların sayı – Açıqlandı

Azərbaycandakı məhkumların sayı açıqlanıb.

Hazırda Azərbaycanda 13758 nəfər şəxs məhkumluq həyatı sürür. Ümumilikdə 7918 nəfəri azadlıqdan məhrum edilmiş şəxslərdir. Onlardan 3463 nəfəri 2 ilə qədər, 2 517 nəfəri 2 ildən 5 ilə qədər, 1 474 nəfəri 5 ildən 10 ilə qədər, 454 nəfəri 10 ildən 20 ilə qədər, 10 nəfəri ömürlük azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə, islah işlərinə cəlb edilənlərin sayı 1836 nəfər, şərti məhkum olunanlar 1141 nəfər, cərimələnənlər 2606 nəfərdir.  267 nəfər isə digər cəza növlərilə cəzalandırılıb. Qeyd edək ki, məhkumlardan 1,9 faizi 14-17 yaşlılar, 98,1 faizi 18 yaş və yuxarı olanalardır. Məhkum olunanların ümumi sayından 5,1 faizi qadınlardır, 16 faizi əvvəllər məhkum olunanlar, 61 faizi işləməyən və heç yerdə oxumayan əmək qabiliyyətli şəxslərdir. (Modern.az)

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …