Ana səhifə / Kriminal / Azərbaycanda korrupsiyaya ilə bağlı 180 işin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib

Azərbaycanda korrupsiyaya ilə bağlı 180 işin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib

“Son bir ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 232 şəxs barəsində 180 işin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib”.

Musavat.com xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildiirb.

Baş prokuror qeyd edib ki, həmin cinayət işləri əsasən mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, səhlənkarlıq, hüquq verən rəsmi sənədləri istifadə etmə məqsədilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə və digər faktlarla əlaqədardır: “İstintaqı başa çatdırılan işlər üzrə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 30 təqdimat verilib, həmin təqdimatlara əsasən, bir sıra işçilər intizam qaydasında cəzalandırılıb, aşkar edilən qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib”.
Onun sözlərinə görə, ötən bir il ərzində Baş İdarə tərəfindən vətəndaşların 6571 müraciətinə baxılıb, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş ilkin müraciətlərin böyük əksəriyyətinin müsbət həll olunması təmin edilmiş, 7 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, həmçinin digər müraciətlər üzrə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görülmüşdür. Başlanılmış cinayət işlərinin bir qismi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmiş, digərləri üzrə isə istintaq davam etdirilir. Bu müraciətlərlə bağlı Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar verilmiş, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam tənbehi qaydasında cəzalandırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. Aşkar edilmiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin, habelə bu sahələrdə mövcud qanunvericilikdəki boşluq və çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim olunmuşdur.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …