Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Azərbaycanda fizika müəllimi işləyən FETÖ-çüyə 7 il həbs

Azərbaycanda fizika müəllimi işləyən FETÖ-çüyə 7 il həbs

Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı açılan cinayət işinin istintaqı zamanı saxlanılan təşkilatın Azərbaycandakı məktəblərindən birində fizika müəllimi işləmiş Uğur Yıldıza həbs cəzası verilib. Virtualaz.org Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kayseridə FETÖ-yə məxsus GESİAD dərnəyində çalışması iddiasıyla tutulan U. Yıldız Ağır Ceza Məhkəməsində 6 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs məhkəmədəvəkili iləbirgə iştirak edib və ona qarşı qaldırılan ittihamları rədd edib: “Mən təxminən 7 il Azərbaycanda fizika müəllimi işləmişəm. Türkiyəyə qayıtdıqdan sonra GESİAD-da işləməyə başladım. Şaban K. adlı şəxs kompüterə “by lock” adlı proqram yükləyib oradan mənə tarix və saatla bağlı məlumat verirdi. Mən çörək dalınca düşmüşdüm, təşkilatın fəaliyyətinə qatılmırdım. 15 iyul hadisələrindən sonra isə maddi imkansızlıq səbəbindən ailəmin yanına döndüm. İşdəykən polis tərəfindən saxlanıldım. Digər təşkilata isə xəbərim olmadan qoşublar. Bəraət istəyirəm”, – deyə bildirib.

Prokuror təqsirləndirilən şəxsin “silahlı terror təşkilatına üzv olması” səbəbindən cəzalandırılmasını istəyib. Məhkəmə müttəhim Uğur Y.-ni silahlı terror təşkilatına üzv olduğuna görə 6 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …