Ana səhifə / Kriminal / Azərbaycanda dollar satışı məhdudlaşdırıldı – BÖHRAN

Azərbaycanda dollar satışı məhdudlaşdırıldı – BÖHRAN

“Avqustun 19-da və 20-də Azərbaycan bankları ya valyuta satışını tam dayandırıb, yaxud da yalnız 100-500 dollar arasında valyuta dəyişib” .

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd edilir ki. məsələn, “DəmirBank”ın Nizami küçəsində yerləşən filialı 1 nəfərə yalnız 100 dollar dəyişir. Bankdan agentliyin əməkdaşına bildirilib ki, müştərilərin dollara olan tələbatını ödəməkdə problem yaranıb.

Dollar satışının məhdudlaşdırılması “qara bazar”ı fəaliyyətə keçirib. “Bloomberg” agentliyinin əməkdaşı “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında rəsmi məzənnəsi 1,62 manat olan dolların 1,7 manat kursu ilə satıldığının şahidi olub.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın