Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanda cinayət törədən nə qədər yeniyetmə var?

Azərbaycanda cinayət törədən nə qədər yeniyetmə var?

Azərbaycanda ötən il cinayət törədən 14-17 yaşlı yeniyetmələrin sayı məlum olub. 

Dövlət Statistika Komitəsi xəbər verir ki, 2018-ci ildə həmin yaşlarda yaşda 471 uşaq cinayət törədib. 2017-ci ildə onların sayı 486 olub.
2000-ci ildə bu göstərici 573 nəfər təşkil edib. Cinayət törədən yeniyetmələrdən 460-ı oğlan, 11 nəfəri qız olub. Uşaqların 115 nəfərinin yaşı 14-15, 362-nin yaşı 16-17 təşkil edib.
Qeyd edək ki, 2000-ci ildə 14-15 yaşında 111 uşaq cinayət törədib. Cinayət törədən uşaqlardan 12-si hadisəni sərxoş vəziyyətdə edib. 14-17 yaşda cinayət törədən uşaqlardan 301-i məhkum olunub. Məkum olunanlardan 74-ü azadlıqdan məhrum edilməklə, digərləri isə islah işləri, şərti məhkum etmə, ictimai işlər və cərimə yolu ilə cəzalandırılıb.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …