Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanda cəmi 8 bank ipoteka krediti verir – Siyahı

Azərbaycanda cəmi 8 bank ipoteka krediti verir – Siyahı

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə ipoteka krediti verən bankların sayı 26-dan 8-ə düşüb.

Bu barədə Trend-ə Fonddan məlumat verilib.

İndi AİF-in səlahiyyətli bankları qismində Xalq Bank, AGBank, PAŞA Bank, Bank Avrasiya, Kapital Bank, Bank BTB, NBC Bank və Azər Türk Bank iştirak edir.

İpoteka krediti verən bankların sayının azalma səbəbləri açıqlanmayıb.

Bundan başqa, AİF 2 qiymətləndirmə təşkilatı və 4 sığorta təşkilatı ilə çalışacaq. Əvvəl bu göstərici, müvafiq olaraq, 16 və 18-ə bərabər idi.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın