Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanda bu saytlara girən “cərimələnir” – Şok dələduzluq

Azərbaycanda bu saytlara girən “cərimələnir” – Şok dələduzluq

Azərbaycanda mobil telefon istifadəçiləri yeni dələduzluq faktı ilə üzləşib. “Qafqazinfo” xəbər  verir ki, Daxili İşlər Nazirliyinin adından bir neçə abunəçinin telefonuna pedofiliya əlamətləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara daxil olanların bloklanması və cərimə olunması barədə bildiriş gəlib.

Bildirişdə blokdan çıxmaq üçün cərimə məbləğinin 55 manat olması qeyd olunub. Blok ləğv olunmadığı halda isə  abunəçinin dərhal polis orqanları tərəfindən həbs olunacağı və məlumatların prokurorluğa göndəriləcəyi bildirilib. Hətta bu problemlə üzləşən abunəçilərdən biri məsələdən ehtiyat etdiyi üçün mesajda göstərilən koda cəriməni ödəməli olub.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …