Ana səhifə / Kriminal / Azərbaycanda biznes mühitinin yaxşılaşmasına dair təkliflər hazırlanır

Azərbaycanda biznes mühitinin yaxşılaşmasına dair təkliflər hazırlanır

Amerika Ticarət Palatası (AmCham) tezliklə vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayaraq ölkə rəhbərliyinə təqdim edəcək. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AmCham-ın icraçı direktoru Günel Məmmədova deyib.
G.Məmmədovanın sözlərinə görə, AmCham ölkə hökumətinə yeni təkliflər hazırlayır: “Biz bir neçə ay əvvəl ölkədə qeyri-neft ixracının stimullaşdırlması ilə bağlı tədbir keçirmişdik və orada biznes strukturlarının təkliflərini öyrənmişdik”.
“Bundan başqa, mart ayına kimi AmCham iki ildən bir hazırladığı ölkədə biznes mühitinin yaxşılaşdırılması ilə bağlı təkliflər toplusunu ölkə rəhbərliyinə təqdim edəcəyik. Burada bütün biznes sahələrinə aid təkliflər olacaq. Əvvəlki illərdə verdiyimiz təkliflərin böyük bir hissəsi qəbul olunub. İnanırıq ki, bu il də elə olacaq”, – deyə Palata rəhbəri vurğulayıb.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın