Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Azərbaycanda banklar kredit verilməsinin bərpasına başlayıb

Azərbaycanda banklar kredit verilməsinin bərpasına başlayıb

Hazırda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının təxminən yarısı kredit verir. “Report”un verdiyi xəbərə görə, artıq banklar məhdudiyyətlə olsa da manatla kreditləşmənin bərpasına başlayıblar.
Hazırda “Rabitəbank”, “Accessbank”, AFB Bank”, “Kapital Bank”, “Azər-Türk Bank”, Atabank”, “Bank of Baku”, Bank Respublika”, “Paşa Bank”, “Unibank”, “Bank Avrasiya”, “Dəmirbank”, “Parabank”, Azərbaycan Beynəlxalq Bankı, Bank Nikoil”, Bank BTB”, “Caspian Development Bank” manatla kredit verilişini həyata keçirir.
Qeyd edək ki, “Rabitəbank” və “Parabank” lombard və depozit təminatı əsasında həm manatla, həm də dollarla kreditləşməni davam etrdirir.
“Azərbaycan Sənaye Bankı” və “Yapı Kredi Bank Azerbaijan” isə nağd pul krediti verməsə də, müştərilərə kredit kartı təklif edirlər. “Ziraat Bank Azerbaijan” isə hazırda ancaq biznes kreditləri verməklə məşğuldur.
“Xalqbank”da isə hazırda yalnız Sahibkarlığa Kömək Milli Fondunun və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə verilən kreditlər aktivdir.
Qeyd edək ki, dollarla kreditlər əsasən biznes kreditləri və gəliri dollarla olan müştərilər üçün nəzərdə tutulub. “Bank Avrasiya” və “Bank Nikoil” dollar kreditlərini yalnız gəliri dollarla olanlara təklif edir.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın