Ana səhifə / Kriminal / Azərbaycanda bank rəhbəri vəzifəsini tərk etdi

Azərbaycanda bank rəhbəri vəzifəsini tərk etdi

Laçın Əliyev Azərbaycanın NBCBank-ının İdarə Heyətinin sədr müavini postunu tərk edib.

Azinforum.az Trend-ə istinadən bildirir ki, bu barədə bankın saytında məlumat verilib. L.Əliyev bu postu 2013-cü ilin oktyabrından tuturdu.

Hazırda bankın İdarə Heyətinin tərkibinə sədr səlahiyyətlərini icra edən Elçin Məmmədov, onun müavini Səid Qasımov və İdarə Heyətinin üzvü Ofelya Həmidova daxildir.

NBCBank 1992-ci ildən Azərbaycanın bank bazarında fəaliyyət göstərir.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın