Ana səhifə / Kriminal / Azərbaycanda bələdiyyə dövlət qurumunu məhkəməyə verdi

Azərbaycanda bələdiyyə dövlət qurumunu məhkəməyə verdi

Göyçay rayon bələdiyyəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 16 sayli Ucar ərazi İdarəsini məhkəməyə verib.

Bu barədə bələdiyyə Şəki Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, Göyçay rayon bələdiyyəsi torpaq münasibətləri barədə tələb irəli sürüb. İddia hakim Fərid İsmayılzadənin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. 

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …