Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanda avtomobil sığortasının qiymətləri – CƏDVƏL

Azərbaycanda avtomobil sığortasının qiymətləri – CƏDVƏL

İqtisadi vəziyyət insanları xərclərinə qənaət etməyə və əlavə xərcləri azaltmağa vadar edir. Amma hazırkı vəziyyətdə cibə qənaət etməyin ən yaxşı yolu gözlənilməyən əlavə riskləri sığortalamaqdır.

Buna, xüsusilə də ev sığortası, tibbi sığorta ilə yanaşı, ziyan dəymə riskinin daha çox olduğu avtomobil sığortasını misal göstərmək olar. Bəs hazırda avtomobili sığortalamaq neçəyə başa gəlir?

Fins.az məsələ ilə bağlı Azərbaycan sığorta bazarında qiymətləri və şərtləri araşdırıb.

Şirkətlərdən verilən məlumata görə, avtomobilin istehsal tarixindən, bazar qiymətindən, azadolma məbləğindən, sürücülük təcrübəsindən və bir sıra amillərdən asılı olaraq sığorta haqqı arta və ya azala bilir.

Ona görə də, bazar qiyməti 10 min manat olan avtomobil misalı üzərində qiymətlər müəyyən edilib.

1994-ci ilin avtomobilini də kasko sığortalamaq olar

Sığorta bazarında “AtaSığorta” şirkəti 1994-cü ildən, “A Qroup Sığorta” isə istehsal tarixi 1996-cı ildən yuxarı olan avtomobilləri sığortalayırlar. Əksər şirkətlər isə istehsal tarixi 2000-ci ildən yuxarı olan avtomobilləri sığortalamağa razılıq verirlər. Azadolma məbləği isə əksər şirkətlərdə standart olaraq 100 manat nəzərdə tutulub. Şirkətlərin yalnız bəzilərində 200-250 manat franşiza mövcuddur.

Ən ucuz kasko 200 manatdan başlayır

Sığorta bazarında kasko sığorta üzrə ən aşağı qiymət tam təminatla 2-2,5% tarifdən başlayır. Bu qiymətə kasko sığortanı müştərilərinə “PAŞA Sığorta” və “AzSığorta” şirkətləri təklif edir.
“PAŞA Sığorta”da kasko qiymətləri 200 manatdan başlayır.

Şirkətdən verilən məlumata görə, istehsal tarixi 2002-ci ildən yuxarı 10 min manatlıq avtomobili sığortalamaq avtomobilin marka modelindən aslı olaraq 200-285 manata başa gəlir.

“AzSığorta” şirkəti isə ən aşağı tarifi krossover modellərinə və 3-dən artıq avtomobilini sığortalayan müştərilərə şamil edir. Belə ki, daxili statistikaya əsasən, krossover model avtomobillərdə qəza riski daha aşağıdır. Bu, həmin avtomobillərin nisbətən hündür olması nəticəsində hərəkətdə olarkən sürücülərin mümkün qəza risklərini əvvəlcədən görüb, yayına bilmələri ilə bağlıdır.

Məsələn, 10 min manatlıq krossoveri sığortalamaq bu şirkətdə 250 manata başa gəlir. Digər avtomobillərdə isə tarif 2,8-2,9%-dən başlayır. Amma bu qiymətə olan kasko sığortaya avtomobilin yalnız adi servisdə təmiri daxildir. Əvvəlcədən avtomobilinin rəsmi servisdə təmir edilməsini istəyən müştərilər isə orta hesabla 10 min manatlıq avtomobilin könüllü sığortası üçün 350 manat ödəməli olacaqlar.

Adi servisdə təmirlə kasko sığorta 260 manatdan başlayır

Kasko sığorta ilə bağlı növbəti aşağı qiyməti “Azərbaycan Sənaye Sığorta” şirkəti təklif edir. Şirkətdən fins.az-a verilən məlumata görə, kasko sığorta tarifi 2,6%-dən başlayır. Məsələn, 10 min manatlıq avtomobili bu şirkətdə 100 manat azadolma məbləği ilə 260 manata sığortalamaq olar. Bir şərt var ki, avtomobilin istehsal tarixi 2005-ci ildən yuxarı olmalıdır və təmir seçimini isə sığorta şirkəti edir.

Avtomobilinin rəsmi servisdə təmirini istəyən müştərilər isə bunun üçün 310 manat ödəməlidirlər. “Standard İnsurance” və “Günay Sığorta”da adi təmirlə kasko almaq istəyən müştəri 300 manat, “Atəşgah Sığorta”da 317 manat, “Xalq Sığorta”da 300-320 manat sığorta haqqı ödəməlidir.

Rəsmi servis seçimi ilə kasko sığorta 300 manatdan başlayır

Avtomobilinin rəsmi servisdə təmir edilməsini istəyən müştərilər isə kasko sığorta üçün daha çox ödəməli olacaqlar. Belə ki, bu seçimlə kasko sığorta 310 manatdan başlayır.

Məsələn, istehsal tarixi 2000-ci ildən yuxarı 10 min manatlıq avtomobilin rəsmi servisdə təmirlə kasko sığortasını “Azərbaycan Sənaye Sığorta” 310 manata, “Atəşgah Sığorta”da 337 manata, “AtaSığorta” 340 manata, “AXA MBASK” istehsal tarixi 2012-ci ildən yuxarı avtomobilləri 385 manata təklif edir. Bazar üzrə digər şirkətlərin qiymətləri 350-460 manat arasındadır.

“AXA MBASK” kaskoda 15-20% endirim edir

Bəzi sığorta şirkətləri kasko sığortaya endirim və hissəli ödəniş də təklif edirlər. Məsələn, “Ulduzum” tarifinə qoşulan müştərilərə “AXA MBASK”da kasko sığorta alan zaman 15-20% endirim edilir. Məsələn, adi qaydada istehsal tarixi 2001-ci ildən yuxarı avtomobilin kasko sığortası 470 manata başa gəlirsə, endirimlə kasko sığorta 376-400 manata satıla bilər.

“İpək Yolu Sığorta” və “Günay Sığorta”dan hissəli ödəniş təklifi

“İpək Yolu Sığorta” şirkəti isə hətta 12 aya hissəli ödənişlə kasko sığorta təklif edir. 10 min manatlıq maşının kasko sığortası 350 manat təşkil edirsə, müştəri bu ödənişi hər ay 30 manat olmaqla ödəyə bilər.

Ödəniş müddətində qəza baş verərsə, sığorta hadisəsi qüvvədə olur. Yəni, sığorta şirkəti qəzada maşına dəyən ziyanı ödəyir. Müştəri də şirkətə borclu olduğu sığorta haqqını ödəməkdə davam edir. Hissəli ödənişi “Günay Sığorta”da təklif edir.

Sığorta şirkətindən verilən məlumata görə, sığorta haqqını 3 dəfəyə ödəmək mümkündür. Yəni, sadalanan misal üzrə maşının qiyməti 10 min manatdırsa, 300 manat sığorta haqqı hesablanır. Bunu isə müştəri ayda 100 manat olmaqla ödəyə bilir.

Qeyd edək ki, avtomobilini sığortalamaq istəyən vətəndaşlar cədvələ əsasən daha ətraflı məlumat ala bilərlər:

N Şirkətin adı Sığorta təminatı Sığorta haqqı Franşiza  Avtomobilin istehsal tarixi Servis
1 Atəşgah Sığorta  10 min manat 317 manat 100 manat 2001–ci ildən yuxarı Adi
337 manat rəsmi
 2 PAŞA Sığorta 200-285 manat 100 manat  2002-ci ildən yuxarı  Marka və modeldən aslı olaraq
10 min manat
3 Standard İnsurance 10 min manat 360 manat 100 manat 2005-ci ildən yuxarı Rəsmi
300 adi
4 A Qroup Sığorta 10 min manat 300 100 manat 1996-cı ildən yuxarı Şirkətin seçimi ilə
5 Xalq Sığorta 10 min manat   300-320 manat 100 manat 2005-cı ildənyuxarı(ABŞ,Avropa,Yaponiya maşınları) Şirkətin seçimi ilə
200 manat 2011-ci il dən yuxarı (digər maşınlar) Adi servis
390 manat Rəsmi servis
6 AzSığorta 10 min manat  280-290 manat 100 manat 2005-ci ildən yuxarı adi
  350  manat 100 manat 2012-ci ildən yuxarı və zəmanəti olanlar rəsmi
7 AtaSığorta 10 min manat  340 manat 100 manat 1994-ci ildən yuxarı Rəsmi
300-320 manat Adi
8 Günay Sığorta 10 min manat  300 manat

3 hissele

100 manat 2000-ci ildən yuxarı Adi
9 Meqa Sığorta 10 min manat  320-380 manat  100 manat 2006-ci ildən yuxarı adi
 380-400 manat Rəsmi
 10 Azərbaycan Sənaye Sığorta 10 min manat  260 manat 100 manat 2005-ci ildən yuxarı  Şirkətin seçimi ilə
  310 manat Rəsmi
11 AXA MBASK 10 min manat 470 manat 250 manat 2001-2004-cü illər     Adi
405   manat 100 manat 2005- 2010-cu illər
350 manant 2011-ci ildən
385 manat 2012-ci ildən yuxarı Rəsmi
12 Rəvan Sığorta 10 min manat 350 manat 100 manat 2000-ci ildən yuxarı Məhdudiyyətisiz
13 Amrah Sığorta 10 min manat 300 manat 200 manat 2007-ci ildən yuxarı Məhdudiyyətsiz
14 Başak İnam Sığorta 10 min manat 360 manat  100 manat 2010-ci ildən yuxarı adi
460 manat Rəsmi
15 İpək Yolu  10 min manat 350 manat 100 manat (şərtsiz) 2000-ci ildən yuxarı Məhdudiyyətsiz
16 Azərsığorta 10 min manat 400 manat 200 manat 2000-ci ildən yuxarı

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın