Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanda ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib

Azərbaycanda ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib

“Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib”.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) 2018-ci ilin birinci yarısına həsr olunmuş kollegiya iclasında nazirin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov hesabat məruzəsində bildirib.
O qeyd edib ki, ilin ilk 6 ayı ərzində 9413 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 246 hadisə aşkarlanıb, axtarışda olan 52 avtomobil saxlanılıb.
Məruzəçi bildirib ki, altı ayda mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 441, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib.
Bundan başqa, 105 insan alveri cinayətinin müəyyən olunduğu, 18 nəfərdən ibarət 8 cinayətkar qrupun zərərsizləşdirildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 17 nəfərin məhkəmə məsuliyyətinə cəlb olunduğu, habelə insan alverinin qurbanı olmuş 66 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edildiyi diqqətə çatdırılıb.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …