Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycanda 18 yaşlı qız oğurlandı

Azərbaycanda 18 yaşlı qız oğurlandı

Bərdədə 18 yaşlı qızın oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, noyabrın 10-da rayonun Şahvəllər kənd sakini, 1999-cu il təvəllüdlü Tərgül Əhmədli mağazadan qaçırılıb.

Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında dərhal araşdırmalara başlanıb.

Araşdırmalar nəticəsində T. Əhmədlinin rayon sakinləri Ayşən Arif qızı Məmmədova və Allahverdi Vahid oğlu Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.

Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu – bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …