Ana səhifə / Kriminal / Azərbaycanda 100-ə yaxın şəxs polis bölmələrinə ÇAĞIRILDI

Azərbaycanda 100-ə yaxın şəxs polis bölmələrinə ÇAĞIRILDI

Aidiyyəti orqanlar Milli Şuranın oktyabrın 28-nə təyin etdiyi mitinqdə iştirak edə biləcək şəxslərin müəyyənləşdirilməsi və onlarla müvafiq iş aparılması istəqamətində səylərini davam etdirirlər.
Azinforum.az report-a istinadən xəbər verir ki, bu məqsədlə dövlət orqanlarında, səhiyyə, təhsil, mədəniyyət müəssisələrində və digər sahələrdə çalışanlara xüsusi nəzarət həyata keçirilir.
Bu günə kimi daxili işlər orqanları tərərfindən mitinq iştirakçısı olan 100-ə yaxın şəxs polis bölmələrinə dəvət edilib. Müəyyən olunub ki, onların bir qismi 2017-ci ildə Rusiya, İran, Türkiyə və Gürcüstanda səfərlərdə olublar. Hazırda həmin şəxslərin xarici ölkələrdəki əlaqələri, müəyyən maraqlı dairələrin nəzarəti altında fəaliyyət göstərib-göstərməmələri araşdırılır. DTX müxalifətin mitinqində terror törətmək istəyən qrupu zərərsizləşdirdikdən sonra isə bu məsələlər daha ciddi aktuallıq kəsb etməyə başlayıb. O da məlum olub ki, polisə dəvət olunan şəxslərin bir qismi kriminal keçmişə malikdir.
Qeyd edək ki, aksiyanın keçiriləcəyi “Məhsul” stadionunun bir neçə yerində videoçəkilişlər aparılır, mitinqində iştirak edənlərin foto və videogörüntüləri əsasında cəza tədbirləri həyata keçirilir. Aksiyada iştirakı müəyyən edilənlərin əvvəl fotoları çıxarılır. Onlar rəhbərlik tərəfindən çağırılaraq faktlar sübut kimi qarşısına qoyulur və heç bir izahat tələb etmədən işdən kənarlaşdırılırlar. Mitinqdə iştirak edənlərin “maraq üçün getmişdik”, “danışdıqları ilə razı deyilik” kimi bəhanələrinə diqqət yetirilmir. Tədbir işçilərinin özləri ilə yanaşı, həm də yaxınlarının təzyiqlərə məruz qaldığı barədə məlumatlar var.
Xatırladaq ki, Milli Şuranın bundan əvvəlki mitinqlərində iştirak edən orta məktəb müəllimləri, MİS işçiləri, hətta mədəniyyət sahəsində çalışan tanınmış şəxslər belə işlərindən kənarlaşdırılıblar.
Həmçinin, aksiyada iştirak edən tələblər də bu və ya digər bəhanələrlə ciddi cəza tədbirlərinə məruz qalıblar.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …