Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanda ərzaq 6%-ə yaxın bahalaşıb

Azərbaycanda ərzaq 6%-ə yaxın bahalaşıb

Son 1 ildə Azərbaycanda istehlak qiymətləri 3,7% artıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, bahalaşma ərzaq məhsullarında 5,9%, qeyri-ərzaq mallarında 3,1%, pullu xidmətlərdə isə 1% olub.
Təkcə noyabr ayında isə ərzağın qiyməti 0,9% artır. Komitədə bildirirlər ki, düyü, un, toyuq əti, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, üzüm, xiyarın, pomidor, badımcan, bibər, lobyan, kartof, soğan, sarımsaq kimi məhsullarda bahalaşma, qarabaşaq yarması, mal və qoyun əti, limon, portağal, naringi, alma, heyva, banan, xurma, kələm, göyərti, balqabaq, çuğundur, yerkökü kimi məhsullardan isə ucuzlaşma qeydə alınıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay həmçinin qeyri-ərzaq mallarının və pullu xidmətlərin qiyməti də sabit qalıb.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın