Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Azərbaycana yeyinti məhsullarının idxalı azalıb

Azərbaycana yeyinti məhsullarının idxalı azalıb

Azərbaycana ötən il 979,5 mln. dollar həcmində yeyinti məhsulları idxal olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yeyinti məhsullarının idxalında illik 7,82% azalma qeydə alınıb.

Hesabat ilində ət idxalı 2,04% artaraq 19,9 mln. dollara, meyvə-tərəvəz idxalı 2,3 dəfə artaraq 58,1 mln. dollara, buğda 0,98% artaraq 296,8 mln. dollara çatıb. Bu müddətdə süd, yağ və şəkər idxalında isə əksinə azalma müşahidə olunub. Şəkər idxalı illik 39,35% azalaraq 124,5 mln. dollar, kərə yağı 10,85% azalaraq 22,4 mln. dollar, süd idxalı 23,44% azalaraq 5,8 mln. dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycanın xarici ticarət dövriyyəsi illik müqayisədə 33,44% azalaraq 2015-ci ildə 20 645,9 mln. dollar olub. İdxal əməliyyatlarının həcmi 0,36% artaraq 9 221,4 mln. dollar, ixrac isə 47,66% azalaraq 11 424,5 mln. dollar olub.

Hesabat ilində xarici ticarət dövriyyəsinin müsbət saldosunda kəskin azalma qeydə alınıb. Xarici ticarət dövriyyəsinin müsbət saldosu 2014-cü illə müqayisədə 5,7 dəfə azalaraq 12,6 mlrd. dollardan 2,2 mlrd. dollara düşüb.

Azərbaycanın 165 ölkə ilə ticarət etdiyi hesabat ilində ölkədən 2 477 çeşiddə mal ixrac olunub, ölkəyə idxal olunan mal çeşidi isə 6 231 ədəd təşkil edib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın