Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Azərbaycana saxta spirtli içkilər idxal olunur? – Açıqlama

Azərbaycana saxta spirtli içkilər idxal olunur? – Açıqlama

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycana saxta, mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı əsassız, həqiqətəuyğun olmayan məlumatlar yer alır.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur.

“Belə ki, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur. Əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa, Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır.

Onu da qeyd edək ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsi Kliniki Tibbi Mərkəzə rəsmi məktubla müraciət edib və sorğuya cavab olaraq Mərkəzdən bildirilib ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2016-cı il ərzində spirtli içki ilə qəbul olunan xəstələrdə ölüm hadisəsi qeydə alınmayıb”, – deyə komitənin açıqlamasında qeyd olunur.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın