Ana səhifə / Kriminal / Azərbaycana 1.5 milyard dollar borcun verilməsi təxirə salındı…

Azərbaycana 1.5 milyard dollar borcun verilməsi təxirə salındı…

Asiya İnkişaf Bankı (Asian Development Bank) Azərbaycanın nəhəng qaz layihəsi üçün vəd etdiyi 1, 5 milyard dollarlıq kreditin verilməsini sentyabr ayınadək təxirə salıb. Azərbaycanın “Şahdəniz 2” layihəsi üçün nəzərdə tutulan kreditin təxirə salındığı barədə xəbəri Beynəlxalq Maliyyə İnstitutu (International Financial Institution – IFI) yayıb.

Xəbərdə deyilir ki, Azərbaycan bu layihəyə artıq dövlət büdcəsindən və avrobondların tədavülündən 5 milyard dollar xərcləyib, bununla belə layihənin başa çatdırılması üçün ona daha 8 milyard dollar vəsait lazımdır.Bu layihəyə “Şahdəniz” qaz yataqlarının inkişaf etdirilməsi və bir-birinə bağlı üç kəmərdən ibarət şəbəkənin yaradılması daxildir.Bu şəbəkə 2019-cu ildən başlayaraq Türkiyə və Avropaya 16 milyard kubmetr qaz nəql etməlidir.

IFI kredit barədə ilkin qərarın dəyişdirilməsi səbəbini açıqlamayıb. Xəbər verilir ki, Azərbaycan Dünya Bankına daha 500 milyon dollar borc üçün müraciət edib və avrobond tədavülündən ilin sonunadək daha 1 milyard dollar əldə etməyi planlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (The European Bank for Reconstruction and Development) bu layihənin bir hissəsinin, habelə qısaca TAP adı ilə tanınan Transadriatik kəmərlərindən birinin maliyyələşdirilməsində marağını bildirib.

Azərbaycanın enerji naziri Natiq Əliyev iyunun 3-də jurnalistlərə demişdi ki, tikinti materialları xərclərinin azaldılması hesabına layihənin ümumi qiyməti 2013-cü ildə müəyyən edilmiş 45 milyard dollardan 39 milyard dollara düşüb. Virtualaz.org

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın