Ana səhifə / Kriminal / Azərbaycan xalçaçılığını təbliğ edən amerikalı ailəni gürcü çoban öldürübmüş…

Azərbaycan xalçaçılığını təbliğ edən amerikalı ailəni gürcü çoban öldürübmüş…

Gürcüstanın Duşeti bölgəsində meyitləri tapılan ABŞ vətəndaşı Rayn Smit və onun həyat yoldaşı Laura Smitin öldürüldüyü məlum olub.

Oxu.az xəbər verir ki, onları qətlə yetirən 19 yaşlı çoban olub.

O, saxlanılıb.

İlkin ehtimallara görə, qatil əvvəlcə uşağın atasını öldürüb, sonra anasını şəlalədən aşağı atıb, sonda isə uşağı qətlə yetirib.

Qeyd edək ki, R.Smit Gürcüstanda “ReWoven” layihəsinin təsisçisi və rəhbəri olub. Layihənin əsas məqsədi Gürcüstanda Azərbaycan xalçaçılıq ənənələrinin bərpası və tanıdılması olub.

Rayn və Laura Smit, eləcə də cütlüyün 4 yaşlı oğlan övladı iyulun 6-da torpaq sürüşməsindən sonra yoxa çıxıb. Axtarışlar zamanı iyulun 7-də onların cəsədləri aşkarlanıb.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …